Bəkməz Nədir? Bəkməzin Faydaları Nələrdir?

Bədənin kalsium ehtiyacını qarşılayan bəkməz, tərkibindəki dəmir və kalsium səbəbilə sümük inkişafını dəstəkləyir, qanazlığına yaxşı təsir edir. Soyuq havalarda istehlak edildikdə bədənin istilik balansını təmin edən bəkməz, immun sistemini gücləndirir. Bəs, bəkməzin faydaları nələrdir?

Bəkməzin Faydaları Nələrdir?

Bəkməzin qida dəyəri növünə görə dəyişkənlik göstərir. Ancaq ümumilikdə şəkər nisbəti yüksək olduğu üçün güclü bir enerji mənbəyi olduğunu deyə bilərik. Aparılan araşdırmalar tərkibində dəmir, riboflavin, tiamin kimi maddələrin olduğunu ortaya qoymuşdur. Tiamin çatışmazlığı bədəndə depressiyaya bənzər əlamətlər, zehni yorğunluq və mədə-bağırsaq pozğunluqları yaradır.

Ümumilikdə faydalarını isə bu şəkildə sıralaya bilərik;

  • Qan dövranını balanslaşdırdığı üçün qaraciyər xəstəliklərində dəstəkləyici müalicə kimi istifadə olunur.
  • Xərçəng hüceyrələrinin yaranmasını və böyüməsini əngəlləyici xüsusiyyəti aparılan elmi araşdırmalarla sübut edilmişdir.
  • Ürək xəstəliklərinə qarşı qoruyucudur.
  • Tərkibində yüksək miqdarda olan karbohidrat, dəmir və yağ bədənə enerji verir.
  • Kalsium baxımından zəngindir.
  • Bağırsaqların təmizlənməsində rolu olan bəkməz, kolon xərçəngində də dəstəkləyici müalicə kimi tövsiyə olunur.
  • Bunlarla yanaşı, maqnezium, selen, B6 vitamini və kalium baxımından da olduqca zəngin bir qida maddəsidir.
  • Antioksidant baxımından zəngindir. Bu sayədə bədəndəki toksik maddələri xaric edir, xəstəliklərə qarşı qoruma təmin edir.
  • İmmun sistemini gücləndirir.
  • Aybaşı dövründə qarın ağrılarına, kramplara və sancılara yaxşı təsir edir.
  • Dəmir çatışmazlığı olan şəxslərin gündə bir neçə yemək qaşığı qədər istehlak etməsi tövsiyə olunur.
  • Aparılan araşdırmalar obezitenin qarşısını aldığını ortaya qoymuşdur.
  • Cinsi sağlamlığa müsbət töhfələri vardır.
  • Sümük və əzələlərin inkişafında faydalıdır.
  • Antiinflamatuar xüsusiyyəti olan qida revmatizmə bənzər iltihablı xəstəliklərdə