Sirkə Necə Saxlanılmalıdır?
Sirkə sous kimi yeməklərdə, turşularda, salatlarda istifadə edildiyi kimi, həmçinin dezinfeksiyaedici vasitə kimi də istifadə olunur. Bundan əlavə, tərəvəz və meyvələri yuduqdan sonra bir az sirkəli suda saxlasanız, onları mikroblardan təmizləmiş olarıq. Təmizlik zamanı durulama suyuna əlavə edilən sirkə də gigiyena baxımından olduqca faydalıdır.
Sirkə necə saxlanılmalıdır?
Sirkə çox turşulu bir maye olduğundan qətiyyən metal, teflon və s. qablarda saxlanılmamalıdır. Şüşə və ya plastik butulkada ağzı bağlı şəkildə saxlanılmalıdır. Sirkəni sərin və günəş almayan mühitdə saxlamaq ən doğrusudur.
Yeməklərdə istifadə olunacaq sirkə soyuducuda şüşə butulkada saxlanılmalıdır. Təmizlik və dezinfeksiya üçün istifadə ediləcəksə, plastik butulkalarda sərin mühitdə saxlanıla bilər. Sirkə xarab olduqda spirtə çevrilir və çox kəskin dad verir.
Sirkə uzun raf ömrü olan bir maye olduğundan soyuq və qaranlıq mühitdə saxlanılarsa, asanlıqla xarab olmaz. Sirkənin dayandıqca bir az daha turşulaşması normal haldır.